Bakıda minik avtomobilinin sürücüsü moped sürücüsünü döyüb - VİDEO

Bakıda minik avtomobilinin sürücüsü moped sürücüsünü döyüb - VİDEO
# 25 aprel 2022 23:00 (UTC +04:00)

Bakıda minik avtomobili sürücüsü yol vermədiyi üçün moped sürücünə güc tətbiq edib.

APA xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, “Lexus” 10 VX 707 dövlət qeydiyyat nişanlı minik avtomobili ona yol verməyən moped sürücüsünü əvvəlcə avtobillə sıxaraq xəsarət yetirib.

Daha sonra “Lexus”-un sürücüsü avtomobildən düşərək digər sürücüyə qarşı həm təhqiredici ifadələr işlədir həm fiziki güc nümayiş etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başlanılıb.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR