Bakıda mopedlə vurulan piyada ölüb

Bakıda mopedlə vurulan piyada ölüb
# 12 iyul 2019 12:03 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Xəzər rayonu, Şüvəlan qəsəbəsində Masallı rayon sakini, 1997-ci il təvəllüdlü Elvin Məmmədovun idarə etdiyi "Mondeal" markalı mobedlə piyada 1957-ci il təvəllüdlü Samonin Qriqori Pavloviçi vurub. Xəsarət alan şəxs 3 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR