Bakıda moped avtomobilə çırpılıb, xəsarət alan var - FOTO - VİDEO

Bakıda moped avtomobilə çırpılıb, xəsarət alan var  - FOTO  - VİDEO
# 04 iyul 2022 03:06 (UTC +04:00)

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisə zamanı 1 nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Sarayevo küçəsində baş verib.

“Kia” markalı avtomobil yol ayrıcında qəflətən yola çıxıb. Həmin vaxt hərəkətdə olan Elşən Fətəliyev idarə etdiyi mopedlə “Kia”ya çırpılıb. Zərbənin təsirindən E. Fətəliyev bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə 3 saylı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR