Bakıda motosiklet və mopedlə törədilən qəzaların sayı açıqlanıb

Bakıda motosiklet və mopedlə törədilən qəzaların sayı açıqlanıb
# 19 yanvar 2023 14:46 (UTC +04:00)

Bakıda ötən il motosiklet və mopedlə törədilən qəzaların sayı açıqlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-nın sorğusuna cavab olaraq bildirib ki, motosikletlə törədilən 4 hadisədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb, mopedlə törədilən 14 hadisədə isə 1 nəfər ölüb, 14 nəfər xəsarət alıb: "Bundan başqa, yük avtomobilləri ilə törədilən 17 hadisədə 12 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Velosipedlə isə 4 hadisədə 1 ölüm, 3 xəsarət halı qeydə alınıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR