Bakıda motosiklet yük maşını ilə toqquşub, ölən var

Bakıda motosiklet yük maşını ilə toqquşub, ölən var
# 14 iyun 2022 15:04 (UTC +04:00)

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, iyunun 14-də Qaradağ rayonunun Sahil qəsəbəsi ilə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsi arasında olan yolda motosiklet və “Shacman” markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü 1983-cü il təvəllüdlü Ramin Eyvazov ölüb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR