Bakıda motosikletlə avtomobil toqquşub, xəsarət alan var - FOTO - VİDEO

Bakıda motosikletlə avtomobil toqquşub, xəsarət alan var - FOTO - VİDEO
# 14 sentyabr 2019 03:52 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində baş verib.

Belə ki, Əmayev Sinan Çingiz oğlu idarə etdiyi motosikletlə hərəkətdə olan zaman onu Əkbərov Əkrəm Allahverdi oğlunun idarə etdiyi "Chevrolet" markalı avtomobilə vurub. Nəticədə motosikletçi S.Əmayev xəsarət alaraq 1 saylı Xəstəxanaya çatdırılıb.

Qəzaya uğrayan hər iki nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR