Bakıda müəlliməni qətlə yetirərək yandıran şəxsin istintaqı başa çatıb

Bakıda müəlliməni qətlə yetirərək yandıran şəxsin istintaqı başa çatıb
# 11 noyabr 2022 09:11 (UTC +04:00)

Bakıda qətl törətməkdə təqsirləndirilən Orxan Novruzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, bu il mayın 27-si saat 7 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 61 yaşlı Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 37 yaşlı Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Onu da qeyd edək ki, Xuraman Həsənova Qaradağ rayonunda yerləşən 139 saylı orta məktəbin ibtidai sinif müəlliməsi idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR