Bakıda yolu keçən qadını maşın vuraraq öldürüb

Bakıda yolu keçən qadını maşın vuraraq öldürüb
# 12 sentyabr 2019 11:05 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb. 1990-cı il təvəllüdlü Elsevər Vəliyevin idarə etdiyi “Mercedes” markalı, 10-VB-278 dövlət qeydiyyat nişanlı minik avtomobillə yolu keçən Pərvanə Şahbazovanı vurub. Qadın xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR