Bakıda naməlum şəxsi maşın vuraraq öldürüb

Bakıda naməlum şəxsi maşın vuraraq öldürüb
# 23 oktyabr 2019 11:11 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. Təxminən 50-55 yaşlarında kişi yolu keçmək istəyərək onu avtomobil vurub. Yaralı aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR