Bakıda nənəsinin bank hesabından oğurluq edən yeniyetmə saxlanılıb

Bakıda nənəsinin bank hesabından oğurluq edən yeniyetmə saxlanılıb
# 13 sentyabr 2022 12:17 (UTC +04:00)

Binəqədi rayonunda yeniyetmənin nənəsinin bank hesabından oğurluq etdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbə sakini olan bir qadının bank hesabından 1110 manatının oğurlanması barədə müraciət daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadının 14 yaşlı nəvəsi müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR