Bakıda nəvə nənəsinin evindən çıxaraq itkin düşüb

Bakıda nəvə nənəsinin evindən çıxaraq itkin düşüb
# 20 avqust 2019 05:31 (UTC +04:00)

Qaradağ rayonunda yeniyetmə itkin düşüb.

APA xəbər verir ki, 2004-cü il təvəllüdlü Təbriz Mirzəzadə Lökbatan rayonunda nənəsi 1948-ci il təvəllüdlü Əzizə Quliyevaya məxsus evə qonaq gəlib.

Lakin o, axşam saatlarında evdən çıxaraq naməlum istiqamətə gedib. Onun itkin düşdüyü bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR