Bakıda ofisdən 4 min manatlıq oğurluq edilib

Bakıda ofisdən 4 min manatlıq oğurluq edilib
# 28 aprel 2022 10:02 (UTC +04:00)

Bakıda ofisdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə M.Hadi küçəsində yerləşən ofislərin birində dolabdan içərisində 3.000 manat, 850 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mikayıl Səlimov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin də aşkar edilərək götürülüb.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR