Bakıda oğurlanan 2 yaşlı uşağın atası istintaqa cəlb olunub - VİDEO

Elgün Nəsirov, oğurlanan iki yaşlı uşağın atası

© APA | Elgün Nəsirov, oğurlanan iki yaşlı uşağın atası

# 10 yanvar 2022 13:43 (UTC +04:00)

Bakının Sabunçu rayonunda oğurlanan 2 yaşlı uşağın atası istintaqa cəlb edilib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Məlumata görə, Sabunçu rayonunda 2 yaşlı M. Şıxalıyevin oğurlanması ilə bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər.

İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edilib ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR