Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 11 oktyabr 2019 04:01 (UTC +04:00)

Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, Qala qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Abuzərov Elman Rauf oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi dirəyə çırpılıb.

Qəza nəticəsində E.Abuzərov ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR