Bakıda 46 yaşlı qadını avtomobil vurub, vəziyyəti ağırdır

Bakıda 46 yaşlı qadını avtomobil vurub, vəziyyəti ağırdır
# 11 iyul 2019 23:38 (UTC +04:00)

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qala-Pirallahı yolunda baş verib.

Belə ki, 1973-cü il təvəllüdlü Qarayeva Nisə Vəli qızı piyada keçidi olmayan yerdə yolu keçərkən onu “VAZ 2106” markalı avtomobil vurub. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qadının vəziyyəti hazırda çox ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR