Bakıda otluq və qamışlıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Bakıda otluq və qamışlıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB
# 03 iyul 2022 20:00 (UTC +04:00)

Bakı şəhərinin Nizami rayonunda otluq və qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, təqribən 1 ha ərazidə quru ot və 400 m² sahədə qamış yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

***

saat 17.28

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində otluq və qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR