Bakıda özünü polis kimi təqdim edərək pul yığan şəxs tutulub

Saxlanılan şəxs

© APA | Saxlanılan şəxs

# 27 oktyabr 2022 18:09 (UTC +04:00)

Paytaxt parklarında istirahət edən şəxslərə yaxınlaşaraq özünü polis əməliyyatçısı kimi təqdim edərək pul tələb edən şəxs müəyyən olunub.

Bu barədə APA-ya DİN-dən məlumat verilib.

Xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1987-ci il təvəllüdlü Rəsul Əliyev tutularaq məsuliyyətə cəlb edilib: "Araşdırmalar davam etdirilir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə 102 - Zəng Mərkəzinə, eləcə də Nərimanov Rayon Polis İdarəsinə, yaxud 18-ci Polis Şöbəsinə müraciət etmələri xahiş olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR