Bakıda pəncərə silən qız 8-ci mərtəbədən yıxılaraq ölüb

Bakıda pəncərə silən qız 8-ci mərtəbədən yıxılaraq ölüb
# 20 sentyabr 2022 10:03 (UTC +04:00)

Bakıda 18 yaşlı qız 8-ci mərtəbədən yıxılaraq ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 19-da, Binəqədi rayonu, Mir Cəlal küçəsi 72 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Sevinc Bəkdəmirova pəncərələri silərkən ehtiyatsızlıqdan 8–ci mətəbədən yerə yıxılaraq ölüb.

"Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR