Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanı avtomobil vurub
# 13 may 2022 21:09 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Hüseynov Hüseyn Əmirxan oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR