Bakıda piyadanı avtomobillə vuran sürücü ərazidən yayınıb

Bakıda piyadanı avtomobillə vuran sürücü ərazidən yayınıb
# 09 oktyabr 2019 22:12 (UTC +04:00)

Bakının Binəqədi rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, İsmayılov Sənan Sevindik oğlu yolu keçərkən onu "VAZ 21011" markalı minik avtomobili vurub. Piyadanı avtomobillə vuran sürücü sonradan ərazidən yayınıb. Yaralı isə ağır vəziyyətdə 1 saylı Xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR