Bakıda piyadanı öldürən sürücü ürəktutmadan keçinib - FOTO - VİDEO

Bakıda piyadanı öldürən sürücü ürəktutmadan keçinib  - FOTO   - VİDEO
# 26 iyun 2022 05:12 (UTC +04:00)

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, Zabrat qəsəbəsində yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən 1989-cu il təvəllüdlü Ağayev Zaur Mehdi oğlunu “Toyota” markalı avtomobil vuraraq öldürüb.

Huşunu itirən sürücü daha sonra avtomobillə marketin yanındakı bankomata çırpılıb. Hadisə şahidlərin köməkliyinə baxmayaraq sürücü ürəktutmasından hadisə yerində keçinib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR