Bakıda piyadanı taksi vurub

Bakıda piyadanı taksi vurub
# 04 iyun 2023 03:39 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yol nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzalının qarşısında qeydə alınıb.

1973-cü il təvəllüdlü Məzahir Mehdiyev piyadalar üçün müəyyən edilməyən hissədən yolun əks tərəfinə keçmək istəyərkən onu taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi avtomobil vurub. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR