Bakıda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən qəza baş verib
# 25 iyun 2019 12:46 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən ağır-yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 24-də saat 19 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini A.Ələkbərli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Göygöl rayon sakini Elşən Məmmədovu vurub. Piyada hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR