Bakıda piyadanın ölümünə səbəb olan sürücü məhkəmə zalından həbs edilib

Bakıda piyadanın ölümünə səbəb olan sürücü məhkəmə zalından həbs edilib
# 20 sentyabr 2019 11:11 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Kənan Sultanəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, K. Sultanəliyev 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, K.Sultanəliyev Bakıda sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə Ağakərimov Balasi Ağakıərim oğlunu vurub. Nəticədə piyada dünyasını dəyişib.
K.Sultanəliyevə Cinayət Məcəlləsinin 263-1.3-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR