Bakıda qadın piyadanı avtomobil vuraraq ağır xəsarət yetirib - FOTO - VİDEO

Bakıda qadın piyadanı avtomobil vuraraq ağır xəsarət yetirib - FOTO  - VİDEO
# 06 sentyabr 2022 04:27 (UTC +04:00)

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Hüseyn Seyidzadə küçəsində baş verib.

1986-ci il təvəllüdlü Mustafayeva Zümrüd Şükür qızı yolun piyadalar üçün müəyyən edilmiş hissəsindən keçərkən “Honda” markalı avtomobil onu vurub.

Sürücü avtomobili ilə ərazidən uzaqlaşıb.

Piyadanın sağ ayaq, qol sümükləri sınıb.

Bundan başqa o ağır kəllə-beyin travması alıb.

Yaralı dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR