Bakıda avtomobillə vurulan piyada ölüb

Bakıda avtomobillə vurulan piyada ölüb
# 10 oktyabr 2019 12:03 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 9-da saat 7 radələrində Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Ağayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Cəbrayıl rayon sakini Solmaz Abdullayevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR