Bakıda qadını döyüb, soyğunçuluğa cəhd edən 66 yaşlı kişi tutulub

Bakıda qadını döyüb, soyğunçuluğa cəhd edən 66 yaşlı kişi tutulub
# 17 noyabr 2022 11:54 (UTC +04:00)

Bakıda qadına zor tətbiq edib soyğunçuluğa cəhd edən 66 yaşlı kişi tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə noyabrın 15-də saat 20 radələrində Balaxanı qəsəbəsi ərazisində bir nəfərin qəsəbə sakini N.Məmmədovaya zor tətbiq edib soyğunçuluq yolu ilə çantasını almağa cəhd göstərməsi barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 66 yaşlı T.İbrahimov müəyyən olunaraq saxlanılıb. Onun orta dərəcədə sərxoş olması məlum olub.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR