Bakıda kişi həyat yoldaşının keçmiş ərini döyərək komaya salıb

Bakıda kişi həyat yoldaşının keçmiş ərini döyərək komaya salıb
# 20 yanvar 2022 05:48 (UTC +04:00)

Bakının Sabunçu rayonu ərazisində bir nəfəri döyərək, ona ağır xəsarətlər yetiriblər.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1980-ci il təvəllüdlü Atakişiyev Ramin Mobil oğlu övladını görmək üçün keçmiş həyat yoldaşı ilə görüş təyin edib. Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanda R.Atakişiyevi keçmiş həyat yoldaşının hazırda qeyri-rəsmi nikahda yaşadığı şəxs qarşılayıb.

Həmin şəxs R.Atakişiyevi küt alətlə döyərək ona ağır xəsarətlər yetirib. R.Atakişiyev komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR