Bakıda 12 min manatlıq oğurluq edən şəxs tutulub

Bakıda 12 min manatlıq oğurluq edən şəxs tutulub
# 13 noyabr 2019 13:07 (UTC +04:00)

Bakıda silsilə oğurluqlar edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 29-dan noyabrın 10-dək olan müddətdə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki qapı-pəncərə sexlərindən birinin qarşısından 12300 manat dəyərində dəmir qapılar oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini P.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR