Bakıda qayınana ilə gəlinin mübahisəsi ölümlə nəticələnib

Bakıda qayınana ilə gəlinin mübahisəsi ölümlə nəticələnib
  • Clock-gray 17:50
  • calendar-gray 20 Avqust 2019

Bakıda ailə-məişət zəminində baş verən mübahisə ölümlə nəticələnib. 

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1961-ci il təvəlllüdlü Hüseynova Nəzakət Əlihüseyn qızı yaşadığı evdə gəlini ilə mübahisə edib. Mübahisə zamanı qayınana qəfildən yıxılaraq ölüb. Onun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date