Bakıda gəlinini baltalayaraq öldürən şəxs tutulub - YENİLƏNİB-1

Bakıda gəlinini baltalayaraq öldürən şəxs tutulub - YENİLƏNİB-1
# 24 sentyabr 2019 08:55 (UTC +04:00)

Bakıda ötən gün 30 yaşlı gəlinini baltalayaraq qətlə yetirən şəxs tutulub.

APA-nın məlumatına görə, Xəzər rayonu Binə qəsəbəsində 4 uşaq anası olan 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanı qayınatası - əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov ailə münaqişəzi zəminində baltalayaraq öldürüb.

Hüquq-mühafizə orqanları tərəfindən F.Məhərrəmov saxlanılıb və cinayəti etiraf edib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

***

Saat 20:15

Bakının Xəzər rayonunda qayınatası tərəfindən qətlə yetirilən qadının şəxsiyyəti dəqiqləşdirilib.

APA-nın məlumatına görə, bu, 30 yaşlı Cəmilə Məhərrəmovadır.

***

Saat 20:00

Bakıda qətl törədilib.

APA-nın məlumatına görə, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda qayınata gəlini baltalayaraq qətlə yetirib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları hadisə yerinə gedib.

Hələlik qətli törədən və ölən şəxsin kimliyi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR