Bakıda qayınatasını öldürən şəxsə hökm oxunub

Bakıda qayınatasını öldürən şəxsə hökm oxunub
# 13 sentyabr 2022 16:42 (UTC +04:00)

Bakıda qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Taleh Heydərovun məhkəməsi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Taleh Heydərov 17 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü T. Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qayınatası 1978-ci il təvəllüdlü Qabil Qənbərovu bıçaqlayaraq qətlə yetirib.

T. Heydərova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR