Bakıda qəssab dükanında bıçaqlanıb

Bakıda qəssab dükanında bıçaqlanıb
# 23 sentyabr 2022 07:09 (UTC +04:00)

Bakının Binəqədi rayonunda qəssab naməlum şəraitdə bıçaq xəsarətləri alıb.

APA xəbər verir ki, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Abbasov Vasif Abbas oğlu işlətdiyi ət dükanında naməlum şəraitdə qarnın ön divarından bıçaq xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR