Bakıda 2 həftə əvvəl qəza törədib qaçan sürücü saxlanılıb

Bakıda 2 həftə əvvəl qəza törədib qaçan sürücü saxlanılıb
  • Clock-gray 12:08
  • calendar-gray 14 Sentyabr 2019

Bakıda yol-nəqliyyat hadisə törədib qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 30-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini O.Səfərov vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib.
Xəzər RPİ 2-ci PŞ  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “VAZ-2109” markalı avtomobilin sürücüsü  - Buzovna qəsəbə sakini Z.İbrahimov müəyyən edilərək saxlanılıb.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date