Bakıda qəza zamanı piyada xəsarət alıb

Bakıda qəza zamanı piyada xəsarət alıb
# 02 aprel 2023 03:58 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol qəzası zamanı qadın ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Fətəli Xan Xoyski küçəsində baş verib.

Belə ki, 1973-cü il təvəllüdlü Ağayeva Afaq Elya qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR