Bakıda qonaq şadlıq evinin ikinci mərtəbəsindən yerə yıxılıb

Bakıda qonaq şadlıq evinin ikinci mərtəbəsindən yerə yıxılıb
# 23 noyabr 2022 02:37 (UTC +04:00)

Bakının Nizami rayonunda bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə “Romance Palace” şadlıq evindən baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Umudov Rasim Bəhruz oğlu ikinci mərtəbədə məhəccərə söykənib.

Bu zaman məhəccər qırılıb və R.Umudov yerə yıxılıb.

Nəticədə o, ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR