Bakıda qonşular arasında dava bıçaqlanma ilə bitib

Bakıda qonşular arasında dava bıçaqlanma ilə bitib
# 16 noyabr 2019 00:28 (UTC +04:00)

Sabunçu rayonunda mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

“İstixana kombinatı” yaşayış massivində 1976-cı il təvəllüdlü Hacıyev Rafiq Eminəli oğlu qonşusu 1979-cu il təvəllüdlü Ədilov Elnur Behbud oğlu ilə mübahisə edib.

Əlbəyaxa davaya çevrilən mübahisə zamanı E.Ədilov R.Hacıyevi döyərək xəsarət yetirib. Daha sonra R.Hacıyev hiddətlənərək E.Ədilova bıçaqla xəsarət yetirib.

Dava zamanı hər iki şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR