Bakıda restoranda yanğın olub

Bakıda restoranda yanğın olub
# 31 dekabr 2022 09:06 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, B.Bünyadov küçəsində yerləşən obyektdə (restoran kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.

APA-nın FHN-nə istinadən verdiyi xəbərə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR