Bakıda şadlıq evində yanğın baş verib - FOTO - VİDEO

Bakıda şadlıq evində yanğın baş verib  - FOTO  - VİDEO
# 03 noyabr 2022 20:10 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Mircəlal Paşayev küçəsində qeydə alınıb.

Millenium şadlıq sarayın toy mərasimi keçirilən zaman mətbəxin tüstü bacası alovlanmağa başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin dörd texnikası və canlı briqadası gəlib.

Şadlıq sarayında toy mərasiminin iştiralçıları çölə çıxarılıb. Binanın damına alovun keçməsinin qarşısı alınıb.

Yanğın söndürülüb. Şadlıq sarayına elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR