Bakıda şagird sinif yoldaşını bıçaqlayıb - VİDEO

Bakıda şagird sinif yoldaşını bıçaqlayıb  - VİDEO
# 10 yanvar 2022 23:17 (UTC +04:00)

Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb.

Bu barədə APA-ya məktəbdən bildirilib. Qeyd olunub ki, hadisə dərsdən sonra baş verib.

Şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb. Şagird hazırda xəstəxanadadır, əməliyyat olunub, vəziyyəti ağır-stabildir.
Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR