Bakıda saxta spirtli içkilər hazırlayan sex aşkarlanıb - VİDEO

Bakıda saxta spirtli içkilər hazırlayan sex aşkarlanıb - VİDEO
# 18 noyabr 2022 11:05 (UTC +04:00)

Nərimanov rayonunda yaşadığı evdə gizli sex yaradaraq saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Xəbərə görə, daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Nərimanov rayonunda yaşayan Samir Qurbanov tutulub. Onun evində yaratdığı gizli sexə baxış zamanı kustar üsulla hazırladığı xeyli sayda araq, tekila, həmçinin müxtəlif adlar altında qablaşdırılmış saxta spirtli içkilər, qapaqlar, texniki spirt və sair maddi sübutlar aşkar olunaraq götürülüb. Aşkar edilən saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə yararsızdır.

Faktla bağlı 16-cı Polis Bölməsində toplanan matetriallar Nərimanov Rayon Polis İdarəsinə göndəərilib, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR