Bakıda sərnişin avtobusu ilə minik maşını toqquşub

Bakıda sərnişin avtobusu ilə minik maşını toqquşub
# 11 yanvar 2022 21:21 (UTC +04:00)

Bakının Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus qəzaya uğrayıb.

BNA-dan APA-ya verilən xəbərə görə, hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib.

99 JZ 710 dövlət qeydiyyat nömrəli avtobus svetofordan keçən zaman qırmızı işıqdan keçən “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb.

Minik avtomobilin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR