Bakıda avtobus "Kamaz"la toqquşub, sərnişin ölüb

Bakıda avtobus "Kamaz"la toqquşub, sərnişin ölüb
# 22 sentyabr 2023 09:09 (UTC +04:00)

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

Qubad Ələsgərov idarə etdiyi "Çinar"MMC-ə məxsus "Korsan" markalı xətt avtobusu hərəkətdə olarkən yolun kənarındakı "Kamaz"a çırpılıb.

Nəticədə sərnişin Adilə Əliyeva ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Adilə Əliyeva ölüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR