Bakıda sərxoş sürücü qəza törədərək hadisə yerindən qaçmaq istəyib - FOTO - VİDEO

Bakıda sərxoş sürücü qəza törədərək hadisə yerindən qaçmaq istəyib - FOTO - VİDEO
# 17 avqust 2019 02:23 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanov küçəsində qeydə alınıb.

Sürücü Hüseyn Məmmədov idarə etdiyi "VAZ 2114" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman onun avtomobili xanım sürücünün idarə etdiyi "Infiniti" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə sürücü H.Məmmədov xəsarət alıb. O, hadisə yerindən yayınıb. Əraziyə cəlb olunan Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindən xəsarət alaraq qaçan H.Məmmədovu saxlayıb. Nəsimi RPİ-dən verilən məlumata görə, sürücü sərxoş vəziyyətdə olub. Sürücü özü isə APA-nın əməkdaşlarına avtomobildə sərnişin olduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR