Bakıda sərxoş sürücü qəza törədib, bir nəfər ağır yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda sərxoş sürücü qəza törədib, bir nəfər ağır yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB
  • Clock-gray 03:51
  • calendar-gray 23 Oktyabr 2019

Bakıda qəza törədən sərxoş sürücü Alkoqol Sərxoşluğunun Yoxlanılma Məntəqəsinə gətirilib.

APA-nın məlumatına görə, sürücü Naxçıvan şəhər sakini Təbriz Cəfərli məntəqədə polisə müqavimət göstərərək qaçmağa cəhd edib. Onun bu cəhdinin qarşısı polis tərəfindən alınıb. Sürücü inzibati məsuliyyətə cəlb edilib. 

Qeyd edək ki, qəza nəticəsində ağır yaralanan sərnişin, 1990-cı il təvəllüdlü İbrahimov Kənan Şakir oğlunun da spirtli içki qəbul etdiyi məlum olub. 

***

02:23

Bakıda Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, sərxoş şəkildə “Volkswagen” markalı, 90 VH 161 dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü “Bağırov körpüsü” kimi tanınan ərazidə avtomobili yüksək sürətlə səkiyə çırpıb. Zərbənin təsirindən sərnişin pəncərədən çıxaraq yerə düşüb.

Avtomobil deformasiyaya uğrayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, eləcə də Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. 

Sürücü saxlanılıb, Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date