Bakıda sexdə yanğın söndürülüb - YENİLƏNİB-2 - VİDEO

Bakıda sexdə yanğın söndürülüb - YENİLƏNİB-2  - VİDEO
# 26 may 2022 16:08 (UTC +04:00)

Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən söndürülüb.

FHN-dən APA-ya verilən məlumata görə, yanğının mürəkkəbliyinə, əhatə dairəsinin sürətlə genişlənmə riskinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində ümumi sahəsi təxminən 28000kv.m olan sex və anbarın ilkin hesablamaya əsasən 900-1000kv.m hissəsi yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 2 nəfər əməkdaşı yüngül xəsarət alıb.

***

15.18

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakının Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd olunub ki, yanğının söndürüıməsi zamanı FHN-in iki əməkdaşı yüngül xəsarət alıb.

Əlavə məlumat veriləcək.

***

15.05

Bakının Nərimanov rayonunda sexdə baş verən yanğının söndürülməsinə 2 helikopter cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.

Əlavə məlumat veriləcək.

***

13.35

Bakıda sexdə yanğın başlayıb.

APA-nın xəbərinə görə, hadisə Nərimanov rayonu ərazisində, “Ulduz” metrosunun yaxınlığında yerləşən sexdə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR