Bakıda sexdən 6 min manatlıq oğurluq olub

Bakıda sexdən 6 min manatlıq oğurluq olub
# 04 may 2022 11:55 (UTC +04:00)

Nərimanov rayonunda sexdən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə mayın 1-nə keçən gecə rayon ərazisindəki sexlərin birindən 6000 manat dəyərində əlvan metalın oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Ağayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR