Bakıda şirniyyat evində yanğın olub

Bakıda şirniyyat evində yanğın olub
# 06 oktyabr 2022 15:22 (UTC +04:00)

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli obyektin (şirniyyat evi kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və ərazidə 3 ədəd ağac yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, yüksək temperaturdan bitişik tikilinin xarici divarına quraşdırılan 1 ədəd kondisionerin mühərrik hissəsi əriyib. Obyektin qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR