Bakıda sıxlıq olan yollar - SİYAHI

Bakıda sıxlıq olan yollar - SİYAHI
# 14 iyun 2022 18:27 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarə Mərkəzi paytaxt yollarında mövcud vəziyyət barədə məlumat açıqlayıb.

Mərkəzdən APA-ya verilən xəbərə görə, hazırda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər - kənar yolda sıxlıq

2. Rövşən Cəfərov küçəsində - 20 Yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində, eləcə də əks istiqamətdə 20 Yanvar dairəsinə qalxan hissədə sıxlıq

3. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas və kənar yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən, Çerment körpüsünə qədər əsas yolda, Koroğlu metro stansiyası istiqamətində sıxlıq

4. Abdulvahab Salamzadə küçəsində Qələbə dairəsindən başlayaraq, Xutor dairəsi istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişməyə qədər sıxlıq

5. Tbilisi prospektində, 20 Yanvar dairəsindən izmir küçəsi istiqamətində Akademik Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər və, əks istiqamətdə İzmir küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində sıxlıq

6. Abbasqulu ağa Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq

7. Səməd Vurğun küçəsində, Zabitlər parkının yanından Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməyə qədər olan hissədə sıxlıq

8. Rəşid Behbudov küçəsində, Abbasqulu ağa Bakıxanov küçəsinə çıxan hissədə sıxlıq

9. Bülbül prospektində, 28 May küçəsi ilə kəsişməsindən Neftçilər prospekti lə kəsişməyə qədər sıxlıq

10. Yusif Səfərov küçəsində, Xocalı prospekti ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində sıxlıq

11. Xətai prospektində, Tələt Şəxəliyev küçəsi kəsişmədən Heydər Əliyev prospekti istiqamətində Heydər Əliyev Mərkəzinin yanına qədər sıxlıq

12. Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Heydər Əliyev prospekti istiqamətində sıxlıq

13. Heydər Əliyev prospektində, Heydər Əliyev Mərkəzi istiqamətində kənar yolda, eyni zamanda həmin yerdən Koroğlu metrosu istiqamətində əsas yolda sıxlıq

14. Mehdi Hüseyn küçəsində, Parlament prospekti ilə kəsişmədən Teleteatr istiqamətində sıxlıq

15. Şeyx Şamil küçəsində, İstiqlaliyyət küçəsinə çıxan hissədə sıxlıq

16. Neftçilər prospektində, Əziz Əliyev küçəsi ilə kəsişmədən Azneft dairəsinə düşən hissədə sıxlıq müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR