Bakıda sürücü avtomobillə iki nəfəri vuraraq hadisə yerini tərk edib

Bakıda sürücü avtomobillə iki nəfəri vuraraq hadisə yerini tərk edib
# 15 avqust 2022 04:31 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

Belə ki, Allahverdiyev Raul Aqil oğlu və Məmmədov Emil yolu piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçiblər.

Bu zaman onları avtomobil vurub.

Sürücü isə idarə etdiyi nəqliyyat vasitəsilə birlikdə ərazidən uzaqlaşıb.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR